Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101
az

İcra başçısının birinci müavini əsgərlikdə olan gəncin evini dağıdıb, əlinə keçirdi -

13:1530 Mart, 2018
2988
SİYASƏT
  • A
 
Hərbi  xidmətə  getdi  qayıdanda  evlərinin  qonşuları  tərəfindən  zəbt edildiyini  gördü.

Oxu24.com-a  Bakı  şəhər  sakini   Əliyev  Elşən  Aslan  oğlu tərəfindən müraciət daxil  olub. Vətəndaşın   iddiasına   görə,  2008- ci  ildə  hərbi  xidmətdə  olduğu  vaxt   nəzarətsiz   qalan  bağ  evləri  qonşuları   tərəfindən   zəbt  edilib. Elşən   Əliyevin   sözlərinə   görə, babasından     miras   qalan  bağ   evinin  onlara  məxsus  olduğunu   sübut   edən  sənədlərin  olmasına  baxmayaraq  qonşunu ərazidən  çıxara  bilmirlər.

“ Həmin  bağ  mənim   ulu  babamın  olub. Ərazidə  böyük  mülkümüz  var  idi. 1995-ci  ildə  nənəm  Sona   Mahüseyn  qızı   Xəzər  rayonu,Zirə  Tərəvəzçilik-Südçülük  Sovxozu   ərazisində   yerləşən  4  hektar   torpağın  yenidən  ona  verilməsi   üçün  Bakı  Şəhər  İcra  hakimiyyətinə  yazılı  müraciət  edib. Müraciətdən  sonra  Hacıbala  Abutalıbovun  göstərişi  ilə  əraziyə  mühəndislər göndərilib   və  sözü gedən  ünvana  baxış  keçirildikdən  sonra   aktla   90  sot  ərazi   çizgiləri  çəkilərək  nənəmə  verilib. O  vaxtdan  nənəm  orada  yaşayırdı. Hətta  vəfat  edəndə  də   həmin  evdə  olub. Bunu  nənəmin  ölüm  şəhadətnaməsi  də  təsdiq   edir.
1996-cı  ildə  nənəm  dünyasını  dəyişdikdən  və  atamın  səhhətində  ciddi problemləri  olduğundan   biz   orada   qala   bilmədik. Yeni   Suraxanıda  yerləşən   baba  mülkümüzə   köçdük.Atam  özü  yunan-roma  güləşi  üzrə  SSRİ  idman ustası  olub. Yarışda  başından  ağır  zərbə  aldığı  torpaqla  maraqlana  bilmədi. Anam  da  çox  sakit  qadındır. Biz   Yeni   Suraxanıya  köçdükdən  sonra  həmin evə  ayda  bir  neçə  dəfə  gedib  baş  çəkirdim. 2008- ci  ildə hərbi  xidmətə yollandım. Bir   müddət  bağa  gedən  olmadığı   üçün  qonşumuz  Güloğlan  Məmmədov  və  qardaşı   bizim  hasarları  uçurub  əraziyə   keçib. Əsgərlikdə olanda anam  bunu  mənə  dedi. Mən  geri  qayıdanda  artıq  gec  idi. Köhnə evimizi, su  quyusunu   və  hasarları  artıq  dağıtmışdılar. Bizi  əraziyə  buraxmadılar. Daha   sonra  bizə həmin torpağı  satın  aldıqlarını  bildirdilər.”

Şikayətçinin  sözlərinə  görə, ərazinin onlara məxsus  olduğunu  sübut  edən  sənədləri olmasına baxmayaraq  qonşuları  torpaq  sahəsini  qaytarmaq istəmir.Elşən  Əliyev  iddia edir ki, onların torpaq sahəsini  zəbt edən şəxs Sabunçu  Rayon  İcra  Hakimiyyətində  birinci  müavin  vəzifəsində   çalışır.

“ Bizim  torpaqlarımızı  zəbt  edən  şəxs  vəzifəsinə  və  puluna  güvənib bizi əzməyə  çalışır. Onun  bu  əməllərindən  şikayət  etmək  üçün  bu  ilin   martın 9-da Sabunçu  Rayon  İcra  hakimiyyətinə  getdik. Torpağın  bizə  məxsus  olduğunu, oranın  qanunsuz  zəbt  edildiyini  özünə  də  bildirdik. Güloğlan  müəllim  bizə dedi ki, həmin  ərazini  satın  alıb. Amma  heç  bir  sənəd  göstərmədi. Daha  sonra biz   sənədlərimizi  təqdim  etdikdən  sonra  bizə  bir  çıxarış  göstərdi. Həmin  sənədsə, başqa   yerin   çıxarışıdır. Bunu   sübut  edən  faktlar   var. Güloğlan müəllimlə  icra   hakimiyyətində   görüşümüz  zamanı  ora   polis  çağırdı. 12-ci polis  bölməsinin  əməkdaşları  əraziyə  gəldi. Gördülər  ki, bizim  heç  bir qanunsuz  hərəkətimiz  yoxdur, sakit  dayanmışıq, çıxıb  getdilər. Həmin  gün Güloğlan   Məmmədov   bizə  hədə-qorxu  gəldi.”

Vətəndaşın bildirdiyinə görə,  qeyd olunan məsələnin həlli üçün tezliklə məhkəməyə müraciət edəcək.

Vətəndaşın bildirdiyinə görə vəzifəli şəxs həmin əraziləri zəbt etdikdən sonra tərəvəz becərmək üçün istixanalar yaradıb. Sual olunur ki, icra başçısının müavininin şəxsi bizneslə məşğul olmağa imkanı hardandır?

Elşən Əliyev saytımıza açıqlamasında bildirib ki, onun evinin dağıdılması və torpağının zəbt olunması barədə Xəzər rayonunda polis şöbəsində olsa da, tədbir görən olmayıb. 

“ Torpaqlarımızın qanunsuz zəbtindən sonra polisə getdim. Çünki bizi öz qanuni bağımıza buraxmırdılar. Orada mənə dedilər ki, bu şəxs olduqca imkanlı adamdır. Sən ona heç bir güc gələ bilməzsən. Bir neçə vəkilin də yanına getdim. Vəkil də qorxub, geri çəkildi. Mənə məsləhət verdilər ki, işi mətbuata çıxarım. Bəlkə yuxarı orqanlar işə qarışdıqdan sonra məmur geri addım atar. Yoxsa mən onunla bacara bilmərəm.”


Elşən Əliyev saytımız vasitəsi ilə ölkə başçısına müraciət də ünvanlayıb.


Cənab Prezident, sizin ölkədə apardığınız islahatlara qarşı çıxan belə məmurlar və onlara himayədarlıq edən şəxslər var. Siz özünüz dəfələrlə bildirmisiniz ki, məmurlar xalqla normal davransın. Amma Sabunçu Rayon İcra hakimiyyətinin birinci müavini Güloğlan Məmməd oğlu Məmmədov bizi əzib keçir. Əlimizdə sənədlər ola-ola torpağımızı zəbt edib. Xahiş edirik, ailəmizə kömək edin.

https://www.facebook.com/sozbazari/" target="_blank">


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov özbəkistanlı həmkarı ilə vacib məsələləri müzakirə etdi
İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu